Premyer Liqada turun bağlanış oyunları: “Qarabağ” “Sumqayıt”a, “Sabah” “Araz-Naxçıvan”a qarşı
Misli Premyer Liqasında III tura yekun vurulur.
Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Sumqayıt” “Qarabağ”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:15-də start götürəcək.
31 avqust
Misli Premyer Liqası
III tur
18:00. “Araz-Naxçıvan” – “Sabah”;
20:15. “Sumqayıt” – “Qarabağ”.
