Ali məktəbə qəbul
“Valideynlər övladlarının göstərdiyi şeyi də qiymətləndirməlidirlər” – PSİXOLOQ
Valideynlər övladlarının uğurlu, savadlı və xoşbəxt gələcəyə sahib olmasını istəyirlər. Bu məqsədlə onların qarşısına yüksək hədəflər qoyur, daha yaxşı nəticə göstərmələrini, yaşıdlarından geri qalmamalarını gözləyirlər. Lakin bəzən xoş niyyətlə qoyulan gözləntilər uşağın üzərində görünməz təzyiqə çevrilə bilir. “Daha yaxşı oxumalısan”, “sən bunu bacarmalısan”, “filankəs səndən daha yaxşı nəticə göstərib” kimi ifadələr uşağın motivasiyasını artırmaq əvəzinə […]
656 bal topladı, region universitetini seçdi
Lənkəran rayonunun İstisu qəsəbəsində Rəsul Qurbanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Xl sinif şagirdi Ofeliya İkram qızı Məhərrəmova qəbul imtahanında yüksək nəticə göstərənlərdən olub. Canlixeber.com xəbər verir ki, o, imtahanda 656 bal toplasa da, seçimi Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası olub.
Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından 500-dən yuxarı bal yığan 116 abituriyent tələbə adını qazanmayıb. Canlixeber.com xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci buraxılışında qeyd olunub. Belə ki, IV ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 686 abituriyentdən 70-i, 600-700 arası bal toplayan 50 abituriyentdən 28-i, III ixtisas qrupu üzrə 500-600 arası […]
Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Təhsil tələbə kreditindən necə yararlanmalı?
2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Avqustun 28-dən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə […]
Ali məktəbə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı var?
2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb. Canlixeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var. Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı […]
610 bal topladı, amma tələbə ola bilmədi
Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” adlı “Facebook” səhifəsində məlumat paylaşılıb. Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib. Məlumata əsasən, IV ixtisas qrupu üzrə hazırlaşan H.G. qarşısına yalnız tibb […]
Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb
İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva tələbə adını qazanıb. Canlixeber.com xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
Şəhid anası tələbə adını qazandı
Şəhid Xalid Həsənin anası Maya Quliyeva ali məktəbə qəbul olub. Canlixeber.com xəbər verir ki, Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. Qeyd edək ki, Maya Quliyeva bundan əvvəl kollecdə təhsil alıb. Xalid Mahmud oğlu Həsən 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Həsən əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır. […]
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 81 mindən çox şəxs ərizəsini təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 19 avqust saat 09:45-ə olan məlumata əsasən, 81255 […]
İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçiminin təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 18 avqust saat 09:45-ə olan məlumata əsasən, 70428 abituriyent (subbakalavr) […]
