1 min read

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək. Canlixeber.com xəbər verir ki, tədbir bu gün, saat 15:00-da start götürəcək. Çempionatda “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Şəfa”, “Turan Tovuz” və “Zirə” komandaları mübarizə aparacaq. Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm “Sabah” çempionatın qalibi olub.

2 mins read

Legionerlər yerliləri üstələdilər: Çempionatın yekun futbolçu hesabatı

Azərbaycan Premyer Liqasının 2025/26-cı illər mövsümü yaşıl meydanlara ayaq basan 330 futbolçunun iştirakı ilə yadda qalıb. Canlixeber.com xəbər verir ki, mövsümün maraqlı statistikasını Peşəkar Futbol Liqası (PFL) öz rəsmi hesabatında təqdim edib. Mövsüm ərzində heyətində ən çox futbolçuya şans tanıyan komanda 35 oyunçu ilə “Kəpəz” olub. Ən az oyunçu ilə kifayətlənən klub isə “Araz-Naxçıvan”dır (23). […]

1 min read

Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub. Canlixeber.com xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir. 14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında […]

1 min read

Ramil Şeydayevin yeni klubu bəlli oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu mövsümün sonunda “Qarabağ” ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş “Şəfa” klubuna keçəcək. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, Ramil Şeydayev son mövsüm “Qarabağ”ın […]