1 min read

Çingiz Mustafayevə yüksək vəzifə verildi

“DJ Çina” ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayevə yüksək vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, “Space FM”ə direktor təyin olunub.Çingiz Mustafayev bu barədə sosial şəbəkə hesabında qeyd edib. Xatırladaq ki, Sərxan Qədimov bir neçə gün əvvəl “Space FM”in direktoru vəzifəsindən azad olunmuşdu.

1 min read

Məktəbli ürəktutmadan vəfat etdi

Salyan rayonunda məktəbli vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir. Qeyd edək ki, ailəninn yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.

1 min read

Bu gün hava necə olacaq?

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18° […]

3 mins read

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun protokolu təsdiqləndi

Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə […]

1 min read

“Qarabağ” ilk transferini etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb. Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya Aradippu” olub. Fransalı futbolçu karyerası ərzində […]

1 min read

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri […]

1 min read

Elvin Hacıyevə yüksək vəzifə verildi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, Elvin Hacıyev Baş idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə təyin olunub. E.Hacıyev bu təyinata qədər həmin bölmənin baş inspektoru vəzifəsində çalışıb.

1 min read

Dabaq xəstəliyi ilə mübarizə üçün 6.7 milyon manat xərclənəcək

Ölkə ərazisində dabaq xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində 6 milyon 700 min 590 manatlıq peyvənd alınması planlaşdırılır. Canlixeber.com-un məlumatına görə, satınalmanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi həyata keçirəcək. Qurum layihə çərçivəsində ümumilikdə 5 milyon 382 min doza peyvənd əldə edəcək.

1 min read

XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib

Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə yoxlamanın başlanması münasibətilə Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda […]