Kəpəz FK
Azarkeşlərdən “Kəpəz” klubuna sürpriz
Uzunmüddətli ayrılıqdan sonra doğma Gəncə şəhər stadionunda azarkeşlərinə qovuşan “Kəpəz” növbəti qarşılaşmasına yüksək əhvali-ruhiyyə ilə hazırlaşır. Canlixeber.com xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün baş tutacaq “Kəpəz” – “Şamaxı” görüşünə artıq 10 min bilet alınıb. Matç zamanı stadionun tribunalarında əsl anşlaq yaşanacağı proqnozlaşdırılır. Xatırladaq ki, ötən həftə uzun sürən fasiləni başa […]
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
“Kəpəz” futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib. Jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayan Aqşin Əliyev daha sonra “Neftçi” və MOİK klublarında da fəaliyyət göstərib.
“Kəpəz” belçikalı yarımmüdafiəçini transfer etdi
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi Desmond Akuanın transferini rəsmiləşdirib. 24 yaşlı belçikalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Akua son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 2 qol vurub.
“Kəpəz” nigeriyalı vinger transfer etdi
“Kəpəz” klubu heyətini Olabiran Blessinq Muyiva ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. “Benito” ləqəbli futbolçunun son klubu Kipr “Akritas”ı olub.
“Kəpəz” futbolçusu Ümid Səmədovla müqaviləni yeniləyib
“Kəpəz” futbolçusu Ümid Səmədovla müqaviləni yeniləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisindən məlumat verilib. “Kəpəz”in yetirməsi olan müdafiəçinin yeni anlaşması 2028-ci ilin yayınadək nəzərdə tutulub. Ümid Səmədov ötən mövsüm ümumilikdə 27 oyun keçirib.
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən “Kəpəz”in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib. Saat 18:00-da başlaması nəzərdə […]
“Kəpəz” Rafael Məhərrəmlini heyətinə qatıb
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Son olaraq “Şamaxı”da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.
“Kəpəz” Urfan Abbasovu transfer etdi
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 […]
“Kəpəz” komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb
“Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.
“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
