Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
17 may imtahanında iştirak edən bakalavrların nəticələri ləğv ediləcək?
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qüvvədə qalacaq. Bu barədə DİM-dən bildirilib. Qeyd edilib ki, bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli […]
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti […]
Keçmiş şöbə müdiri vəfat etdi
Fortepiano ixtisası üzrə müəllim Vüsalə Quliyeva vəfat edib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, mərhum uzun illər Xızı rayon Uşaq Musiqi Məktəbində Fortepiano şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yevlaxın bəzi əraziləri qazsız qalacaq
Mayın 22-i saat 10:00-dan Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Yevlax və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək
Sabah saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun 3 qəsəbə və 3 kəndinin, saat 14:00-dan isə Füzuli rayonunun 5 qəsəbə və 5 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Traktoru arxaya verərkən – Anasının ölümünə səbəb oldu
Ucarda oğul anasını traktorla vuraraq öldürüb.“ Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi […]
Bakı-Tbilisi qatarı qayıdır
Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Canlixeber.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Canlixeber.com xəbər verir ki, Elm və Təhsil Nazirliyi məlumat yayıb. Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq. “Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara […]
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasını bərpa edib
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir. Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin […]
Bakıda tələbə vəfat etdi
Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb.
