Renat Dadaşov
Azərbaycan millisinin üzvü Ukrayna klubuna keçdi
Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 27 yaşlı hücumçu “Bukovina” klubu ilə müqavilə imzalayıb. Tərəflər arasında “1 +1” illik müqavilə bağlanıb. Dadaşov “sarı-qaralar”ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək. Milli üzvü daha əvvəl Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” […]
Renat Dadaşovun yeni klubu məlum oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub. Canlixeber.com xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb. Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil. Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. […]
Renat Dadaşov klubsuz qaldı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb. Canlixeber.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: “Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”. Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın […]
Polşa klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı
Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb. Canlixeber.com qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək. Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb […]
