3 mins read

Füzulidə yanacaqdoldurma məntəqəsi bağlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Füzulidə yerləşən yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb. Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı […]

1 min read

Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü

Füzuli rayonunda 12 yaşlı uşaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsində baş verib. Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Canlixeber.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib. Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş […]

1 min read

Yevlax və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək

Sabah saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun 3 qəsəbə və 3 kəndinin, saat 14:00-dan isə Füzuli rayonunun 5 qəsəbə və 5 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.