Sabunçu
Bakıda evdən meyit tapılıb
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan etibarən start veriləcək. Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə […]
Kişini evdən qovan qadın döyüldü
Bakıda kişi onu evdən qovan sevgilisini döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Cəlilabad rayon sakini İlkin Tarverdiyev paytaxtın Sabunçu rayonunda bir xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb və birgə yaşamağa qərar veriblər. Təxminən 6 il sevgili kimi yaşayan cütlük arasında sonradan mübahisə yaranıb. Bu dövrdə […]
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı
Sabunçu rayonunda avtomobildən 78 min manat pul vəsaitini oğurlayan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb. Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin […]
Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir
Bakıda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Yaşadıqları evdə aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü Aqil Qulamzadənin qətlə yetirilməsində qardaşı, 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə şübhəli bilinir. H.Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda 74 yaşlı qadın qidadan boğularaq ölüb
Bakıda 74 yaşlı qadın boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 3-də Sabunçu rayonunda baş verib. Bildirilib ki, rayon sakini 1952-ci il təvəllüdlü Sevda Nəbiyeva nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Əldə etdiyimiz məlumata görə, qadın “NIDA” Vətəndaş […]
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ OLUB
Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub. “Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzil başına […]
Azərbaycanda iki ayrı qəzanın OXŞAR SƏBƏBİ
Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi VAZ markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov “Ford” […]
