Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək […]
Könül Abaslı vəzifədən azad edildi
Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. K.Abaslı artıq bir müddətdir ADA Universiteti rektorunun müşaviri vəzifəsində çalışır. O, təhsilin idarə olunması sahəsinə cavabdehdir.Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika […]
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, mayın 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. […]
Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq. Canlixeber.com “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib. O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.Riyaziyyat və İT elmləri fakültəsində “İnformasiya […]
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
2025-ci il üzrə Bakı şəhəri, eləcə də respublikanın şəhər və rayon icra hakimiyyətlərinə dair statistik göstəricilərin ümumiləşdirilməsi göstərir ki, ümumi işçilərin 5063 nəfəri (75,6%) kişi, 1633 nəfəri (24,4%) qadın olub. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, ötən il icra başçısının müavinlərinin 121 nəfəri (66,9%) kişi, 60 nəfəri (33,1% ) qadın olub. 2025-ci ildə Naxçıvan Muxtar […]
İTV-nin yeni baş direktorunun seçiləcəyi tarix məlum olub
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun seçiləcəyi tarixi məlum olub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, seçki mayın 25-də keçiriləcək. Yeni sədr Yayım Şurasının iclasında səsvermə yolu ilə müəyyənləşəcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri akademik Teymur Kərimlidir. Şurada Həsən Cəfərov, Azər Əliyev, Azər Həsrət, Vüqar Zeynalov, […]
Azərbaycanda qadın pilotların sayı məlum olub
2025-ci ildə Azərbaycanda pilotların 99%-i (377 nəfər) kişilər, 1%-i (3 nəfəri) qadınlar olub. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, ötən il bələdçilərin 36%-ni kişilər, 64%-ni isə qadınlar təşkil edib.
Saleh Səmədov nə qədər pul mənimsəyib? – Məhkəmədə açıqlandı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, o, 200 min […]
Şəfayət Mehdiyev küçəsi, Vaqif və Mətbuat prospektlərində mikromobillik zolaqları təşkil edilib
Paytaxtın Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək. […]
Aprel ayında 173 809 nəfər yaşa görə aylıq sosial müavinət alıb
2026-cı ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 173 809 nəfər olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, onların 61,7%-ni qadınlar, 38,3%-ni isə kişilər təşkil edib.
