Ermənistan
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. “Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin […]
Erməni nazir Nəsimi Musayevlə bağlı insidentin detallarını açıqladı
“Şəki (Zəngəzur) kəndində qeydə alınan insidentlə bağlı zərərçəkmiş qadın tanıdığı və şəxsi nömrəsi onda olan polis əməkdaşına zəng edib. Həmin hüquq-mühafizə orqanı əməkdaşı əvvəlki gün növbətçi olduğu üçün həmin vaxt istirahətdə idi”. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Arpine Sarkisyan jurnalistlərlə söhbətində bildirib. […]
Paşinyan: “Üçbaşlı müharibə partiyası” artıq darmadağın edilib”
“Üçbaşlı müharibə partiyası” artıq darmadağın edilib və bu reallıq yerli özünüidarəetmə orqanlarına keçirilən seçkidə öz əksini tapıb”. Canlixeber.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayım vasitəsilə müraciət edərkən bildirib. Hökumət başçısı vurğulayıb ki, Ermənistanda kənardan idarə edilən casus müxalifətinin kökü tamamilə kəsilməlidir: “Ölkəmizdə tamamilə yeni, dövlət maraqlarına xidmət […]
Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb
Ermənistan azaraq ərazisinə keçən Yaşar Əli oğlu Qasımovu Azərbaycana təhvil verib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, çoban oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.
Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb. Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.
Robert Koçaryanın həbsi ilə bağlı məhkəmə prosesi başa çatdı
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti və müxalif “Ermənistan” blokunun lideri Robert Koçaryanın həbs qətimkan tədbiri ilə bağlı məsələnin baxılmasını yekunlaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, qərar oktyabrın 23-də axşam saatlarında elan ediləcək. “Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılması başa çatıb. Məhkəmənin qərarı oktyabrın 23-də […]
Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun […]
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Ermənistan mediası türk “bəy”ləri səhv saldı
Türkiyəli məşhur aktyor Cəlal Al barəsində Ermənistan mediasında əsassız xəbərlər tirajlanıb. Canlixeber.com xəbər verir ki, Cəlal Alın fotosundan onunla heç bir əlaqəsi olmayan xəbərdə istifadə olunması aktyorun haqlı narazılığına səbəb olub. Söhbət Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən Türkiyə vətəndaşlarından birinin aktyor olması və “Diriliş Ertoğrul” serialında çəkilməsi ilə bağlı xəbərdən gedir. Azərbaycanın […]
Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb. “Onların razılığını aldıqdan sonra ona baş çəkə biləcəyik”, – deyə Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin kommunikasiya şöbəsinin […]
