Sonuncu xəbərlər
Faktiki hava açıqlandı
Azərbaycanda saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişçay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, […]
Azərbaycan və İran arasında tranzit, energetika və sərhəd infrastrukturu müzakirə olundu
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Farzanə Sadeq arasında telefon danışığı baş tutub. Canlixeber.com xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb. Müzakirələr zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirərək iqtisadi əlaqələrin, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər. F.Sadeq […]
Qazaxıstan millisinin voleybolçusu Sergey Kuznetsov karyerasını Azərbaycanda davam etdirəcək
Azərbaycan Yüksək Liqasında çıxış edən kişilərdən ibarət “Murov Az Terminal” komandası yeni voleybolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qazaxıstanlı toppaylayıcı Sergey Kuznetsovla müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq Rusiyanın “Kuzbass” (Kemerovo) klubunda çıxış etmiş 32 yaşlı oyunçu Qazaxıstan millisinin də formasını geyinib.
İlham Əliyev: “Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb”
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Əlahəzrət, Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşmışdır. Cari […]
Əlverişsiz hava şəraiti ilə bağlı BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Canlixeber.com həmin müraciəti təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda yarada […]
Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Canlixeber.com xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. “Esvatini Krallığının xalqına və hökumətinə Milli Bayram münasibətilə səmimi təbriklər! Milli Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.
FHN-dən əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Oxu.Az həmin müraciəti təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların bəzi yerlərdə intensiv xarakter alacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd […]
Zaqatalada qarışıq mallar mağazası yandı
Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasında baş verən yanğın nəticəsində obyektin yanar konstruksiyaları və içərisindəki məhsullar yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan […]
Bakıda oğlan işləmədiyinə görə ona irad bildirən atasını döydü
Bakının Xəzər rayonu ərazisində 2005-ci il təvəllüdlü E.İsmayılzadə atasını döyüb. Canlixeber.com xəbər verir ki, buna valideynin övladına işləməməsinə görə irad bildirməsi səbəb olub. Mübahisə zəminində 21 yaşlı gənc atasına bir neçə yumruq zərbəsi endirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, təüsirləndirilən şəxsin azadlığı 9 ay […]
