Mina partlayışı
ANAMA əməkdaşı minaya düşüb
Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb. Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib. Bildirilib ki, minaya düşən 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov Goranboy rayon sakinidir. O, ANAMA-da tədqiqat rəhbəri vəzifəsində çalışır.
Ağdamda traktor minaya düşüb
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə […]
Baş Prokurorluq mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb.
Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib. Qeyd edilib ki, Vətən Müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər […]
Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının […]
Xocavənddə traktor minaya düşüb
Xocavənd rayonunda traktor minaya düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb. Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
QHT əməkdaşları Ağdərədə minaya düşdülər
İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının (QHT) əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı […]
Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı
Xocavənd rayonunda mina hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunmuş özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya […]
Kəlbəcərdə mina partlayışı olub
Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.
