Quba
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət […]
Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü
Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Quba və Qusara qar yağır
Quba və Qusar ərazisinə qar yağır. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayımlanıb. Qeyd olunub ki, dünən axşam saatlarından etibarən dağlıq kəndlərə güclü qar yağır. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın soyuyacağı, Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacağı ilə bağlı məlumat yayıb.
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qubada QƏZA: Ölən və yaralananlar var
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20-də Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırılıb və aşıb. Qəza zamanı sürücü […]
Qubada usta faciəli şəkildə öldü
Qubada usta iş görərkən yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində baş verib. Kənd sakini 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov kənddə yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Qubada 7 kiloqram narkotik vasitə aşkarlandı
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Canlixeber.com xəbər verir ki, ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb. Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb. […]
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb. İlkin məlumata əsasən, “Shacman” markalı yük avtomobili, “Kia” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların sayı və vəziyyəti dəqiqləşdirilir. Faktla […]
Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı
Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib. İlkin məlumata görə, “Chevrolet” və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qubada 44 yaşlı kişi su kanalında boğularaq ölüb
Qubada kişi su kanalında boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Talabqışlaq kənd sakini 1982-ci il təvəklüdlü Mustafa Kamal oğlu Surxayev qıcolmadan su kanalına yıxılıb və orada boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
