Gürcüstan
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri […]
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. Qeyd edək ki, […]
Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, […]
Gürcüstanda azərbaycanlı qətlə yetirildi
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində qeydə alınıb. Belə ki, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində […]
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin […]
Adamiya baş məşqçi təyin edildi
Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, məşhur fransalı futbol mütəxəssisi Villi Sanyoldan sonra bu posta Ramaz Svanadze gətirilib. Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb. Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son […]
Gürcüstanda azərbaycanlı iş adamı öldü
Gürcüstanda Marneuli-Ağbulaq yolunun “Mal bazarı” adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib. Həyatını itirən şəxsin bölgədə məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir.
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstan DTX-nın rəhbəri istefa verib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze istefa verib. Canlixeber.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib. O vurğulayıb ki, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirəcək. Qeyd edək ki, Geka Geladze bu ilin aprelindən DTX-nın rəhbəri vəzifəsini tuturdu. Bundan öncə isə o, daxili işlər naziri olub.
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Bu ilin birinci yarısında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 223 nəfər təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 4 nəfər və yaxud 1,83% artıb. Son üç ildə soydaşlarımız arasında doğum səviyyəsində azalma müşahibə olunur. Bu ilin […]
