3 mins read

Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: “İki bıçaq qırıldı, üçüncünü götürdüm”

Şərur rayonunda 1948-ci il təvəllüdlü Namiq nəvəsi Arzunun otağında gizlənən Orxanı (adlar şərtidir – red.) bıçaqlayıb. Oxu.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə 2026-cı ilin martında gecə saatlarında kəndlərin birində baş verib. İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Namiq nəvəsinin sevgilisi olan 1996-cı il […]

3 mins read

Azərbaycanda bəzi satınalmalar üçün ayrıca tənzimləmə qaydası müəyyən ediləcək

Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyən edilməsi, eyni zamanda həmin satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində […]

1 min read

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb. Faktla bağlı cinayət […]

2 mins read

Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı

Rusiya Milli Qvardiyası məşhur repçi Ciqana (əsl adı Denis Ustimenko-Vaynşteyn) qarşı araşdırmaya başlayıb. Silahların saxlanması üçün tibbi arayışların alınmasının qanuniliyi araşdırılır. Canlixeber.com xəbər verir ki, hüquq-mühafizə orqanları hazırda repçinin ziyarət etdiyi bütün atıcılıq klublarının əməkdaşları ilə sorğu-sual aparırlar. Mənbənin sözlərinə görə, bu müəssisələrin əksəriyyəti Moskva vilayətində yerləşir. Hüquq-mühafizə orqanları ziyarətçi haqqında daxili məlumatları, o cümlədən […]

1 min read

Bolqarıstanda klub prezidenti QƏTLƏ YETİRİLDİ

Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti İliyan Filipov ötən gecə qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, iş adamı komandasının oyunundan sonra evinə qayıdarkən öldürülüb. Mənbənin məlumatına görə, Filipov başından güllə ilə vurulub. Hadisə onun yaşadığı evin yaxınlığında baş verib. Hazırda saxlanılanların olub-olmadığı ilə bağlı məlumat yoxdur. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Qeyd olunub ki, Filipovun yaşadığı yaşayış […]

1 min read

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin […]

1 min read

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir. […]

1 min read

Bakıda mikroavtobus divara çırpıldı

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün saat 20:30-da baş verib. BDYPİ-dən bildirilib ki, “Emin Salman oğlu Xudiyev idarə etdiyi “Mercedes Vito” markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 min read

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.