Bakıda mikroavtobus divara çırpıldı
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə ötən gün saat 20:30-da baş verib.
BDYPİ-dən bildirilib ki, “Emin Salman oğlu Xudiyev idarə etdiyi “Mercedes Vito” markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
