Xəbər lenti
Sonuncu xəbərlər
Azərbaycanda yeni qəsəbə salınır – 50 MİLYON MANAT AYRILDI
Azərbaycanda yeni qəsəbə salınır. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır.
Bərdədə 26 yaşlı kişi qətlə yetirildi
Bərdə rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da gecə saat 5 radələrində rayonun Molla Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Cavid Hüseynov saxlanılıb. faktla bağlı araşdırma aparılır.
Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb. Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı “Volvo” markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə […]
Bakıda 62 yaşlı kişi parkda öldü
Bakıda parkdan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə naizrliyin “X” sosial media hesabında paylaşım edilib. “Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq! Milli Gününüz mübarək!” – paylaşımda qeyd olunub.
İlham Əliyev: “Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”
“Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində bildirilib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, “ADEX” sərgisi həm […]
Prezident: “Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır”
“Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”. Canlixeber.com xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb. Müraciətdə, həmçinin qeyd edilib: “Həyata keçirilən ardıcıl […]
İlham Əliyev “ADEX 2026″nın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar! Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili […]
Bakıda “ADEX 2026” və “Securex Caspian” sərgiləri işə başladı
“ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb. Canlixeber.com xəbər verir ki, sərgilər Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Üç gün davam edəcək sərgilərin açılış mərasimində dövlət və hökumət […]
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir – FAKTİKİ HAVA
Azərbaycanda hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 30-u saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni […]
