Oğuz rayonu
Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü
Oğuz rayonunda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisindəki mənzillərdən birində qeydə alınıb. 1977-ci il təvəllüdlü Əziz Şahvələnd oğlu Qəhrəmanov istirahət etmək üçün həmin kənddə ev kirayələyib. O, evdə olarkən qəfil halı pisləşib və ölüb. Məlumata görə, Ə.Qəhrəmanov infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.
Oğuzda AĞIR QƏZA: Bir ailə xəstəxanalıq oldu
Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol […]
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən […]
