Təbii fəlakət
Ağstafanın bu kəndində sel gəlib
Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib. Canlixeber.com xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb. Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub. Sel suları sakinlərin həyətyani sahələrini də basıb. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənın arxların kənarına bəndlər vurulur.
Bəzi dağ çaylarından daşqın və sel keçəcək
Bakıda və Abşeron yarımadasında iyunun 27-də axşamdan iyunun 28-də səhərədək gözlənilən yağıntı leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinkn yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin […]
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
Azərbaycan Prezidentinin sərəncamına əsasən intensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac-Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı […]
