1 min read

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ […]

1 min read

Naxçıvan təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisindən bildirilib. Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.

3 mins read

Şəxsin razılığı olmadan psixiatrik yoxlama hansı hallarda aparılacaq?

Prokurorun qərarı ilə psixiatrik, habelə profilaktik müayinə aparılması mümkün olacaq. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti […]

1 min read

Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:53-də baş verib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

1 min read

Nabran yolu nə vaxt açılacaq?

Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb. Canlixeber.com xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama […]

1 min read

“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

Avropa arenasında ölkəmizi təmsil edəcək “Neftçi” və “Zirə” klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq “Neftçi”ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa) və “Apollon” […]

1 min read

Nazirlikdən XƏBƏRDARLIQ: Partlayışlar olacaq

17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda […]

1 min read

Naxçıvanda Əməkdar müəllim vəfat edib

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Zəminə Məhərrəm qızı Nəcəfova vəfat edib. Canlixeber.com xəbər verir ki, o, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında müəllim vəzifəsində çalışıb. Qeyd edək ki, Z.Nəcəfova uzun illər təhsil və elm sahəsində fəaliyyət göstərib.

4 mins read

Qardaşını bıçaqlayan şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Araz Səfərzadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, hadisə 2025-ci ilin əvvəlində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Araz […]

1 min read

Ağdərədə “Niva” aşdı: Xəsarət alanlar var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.