Müəllim ölümü
Azərbaycanda müəllim vəfat etdi
Azərbaycanda müəllim vəfat edib. “Yeni Sabah” xəbər verir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib. O, uzun müddət məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Tanınmış məktəb direktoru vəfat etdi
Uzun illər Bakıda müxtəlif məktəblərə rəhbərlik etmiş tanınmış pedaqoq Nəbi Mahmudov vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, riyaziyyat üzrə fəlsəfə doktoru, Lütfi Zadə adına BMEA-nın müxbir üzvü N.Mahmudov 30 ilə yaxın müddət 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib. O, bir müddət Elm və Təhsil […]
Azərbaycanda Əməkdar müəllim VƏFAT ETDİ
Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri Ələkbər Hüseynov vəfat edib. Canlixeber.com xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, universitetin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri vəzifəsində çalışıb və texnika elmləri doktoru, professor olub. Belə ki, Ələkbər Hüseynov Prezidentinin Sərəncamı ilə 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib
Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsindən sonra göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub.
Azərbaycanda müəllim VƏFAT ETDİ
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki , o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış.
Naxçıvanda Əməkdar müəllim vəfat edib
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Zəminə Məhərrəm qızı Nəcəfova vəfat edib. Canlixeber.com xəbər verir ki, o, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında müəllim vəzifəsində çalışıb. Qeyd edək ki, Z.Nəcəfova uzun illər təhsil və elm sahəsində fəaliyyət göstərib.
Bakıda məktəb müəllimi vəfat etdi
Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, məktəbin rus dili müəllimi Sevda Şirəliyeva bu gün vəfat edib. Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.
Abşeron məktəbinin müəllimi vəfat etdi
Abşeron rayonu, Mehdiabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Süleymanova Tahirə Fərəməz qızı vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə təhsil ocağından məlumat verilib. O, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
