1 min read

Keçmiş nişanlısından qurtulmaq üçün 300 min manat xərclədi

Özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əli-Zadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şərəf Əli-Zadə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror təqsirləndirilənin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. […]

1 min read

Kürəkənin qətlində təqsirləndirilən ata ilə qızına ağır cəza verilib

Bakıda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Nəcəfovanın cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Nəcəf Qafarov 19 il, qızı Nuranə Nəcəfova isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, ötən prosesdə prokuror Nəcəf Qafarovun […]

1 min read

Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm elan edilib, Cahid Kamal İsayev 8 il 6 ay […]

2 mins read

Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda cinayət işinin sənədləri tədqiq olunduqdan sonra məhkəmə araşdırmasının yekunlaşdığı elan edilib. Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. […]

2 mins read

Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB

“Star-M”, “ŞANS” və “ZAMİQ” MTK-nın dələduzluqda ittiham olunan rəhbəri olmuş Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən Məhərrəm Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla “Star-M”, “ŞANS” və “ZAMİQ” […]

3 mins read

Bakıda bağ evindən yüzminlərlə bahalı əşya oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilən şəxslərdən Elvin Həbibli, Rövşən Umudovun 7 il […]

1 min read

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu […]

6 mins read

Bakıda əcnəbini öldürməkdə təqsirləndirilən şəxs: “Nihadın günahı yoxdur”

Bakıda Mərakeş vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nihad Rəsulzadənin cinayət işi üzrə məhkəməsi başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən ilk baxış iclasında prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən Hüseyn Məmmədov özünü qismən təqsirli bildiyini deyib. Nihad Rəsulzadə isə ümumiyyətlə özünü təqsirli bilməyib. […]

7 mins read

Biznes qurmaq adı ilə iş adamlarını aldadan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Yusiflinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Qeyd edək ki, Emin Yusifli etibardan sui-istifadə etmə […]

3 mins read

Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan xadiməyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən G.Abdullayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Abdullayeva 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İttihama əsasən, G.Abdullayeva tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə […]