1 min read

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü […]

1 min read

Naxçıvanda vəzifəli şəxs saxlanıldı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com Anz.az-a istinadla xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.

1 min read

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı

Naxçıvanda ayağının amputasiyasına qərar verilən xəstə Türkiyənin Iğdır şəhərində uğurlu əməliyyat nəticəsində ayağını itirməkdən xilas olub. Canlixeber.com xəbər verir ki, Iğdır Nevruz Erez Dövlət Xəstəxanasında xəstəyə uğurlu “bypass” əməliyyatı aparılıb. Əməliyyat nəticəsində ayağın qan dövranının bərpasına nail olunub və amputasiyanın qarşısı alınıb. Qeyd edək ki, hadisə Türkiyə mətbuatında da işıqlandırılıb.

1 min read

Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı

Naxçıvanda kafedə dava olub. Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindəki Əyləncə adasında yerləşən məşhur kafenin ikinci mərtəbəsində baş verib. Şəhər sakini Kənan Ağayev (soyadı şərtidir – red.) idmandan sonra dostları ilə kafeyə pivə içməyə gedib. Onlar kafedə əyləşərək, pivə sifariş veriblər. Kafedə barmen işləyən Rəşid Məmmədov (soyadı şərtidir – red.) pivələri […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis […]

1 min read

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Digər sərəncamla, o, Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. O, müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət […]

1 min read

Naxçıvanda maşın yolu keçən qadını vurdu

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub. Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.