Araz-Naxçıvan FK
“Araz-Naxçıvan” heyətini iki legioner futzalçı ilə gücləndirib
“Araz-Naxçıvan” heyətini iki legioner futzalçı ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun prezidenti Mahmud Sadıqov məlumat verib. Komanda iranlı yarımmüdafiəçi Mehrdad Kərimi və braziliyalı hücumçu Yaqo Enrike Pereyranı heyətə cəlb edib. Hər iki fuzalçı ilə 1 illik müqavilə imzalanıb.
“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” komandasının yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, ilkin mərhələ qarşılaşmalarından sonra C qrupunun qalibi “Buba Mara” (Bosniya və Herseqovina) və D qrupunun lideri “Uypeşt” (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olublar. Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi qoşulmalı idi. Lakin […]
Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək
Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək. Canlixeber.com xəbər verir ki, “Sabah”a məxsus olan müdafiəçi ilə 1 illik müqavilə bağlanıb. 24 yaşlı futbolçu 2023/2024 mövsümündə də Naxçıvan təmsilçisinin heyətində çıxış edib. O, son mövsümü “Şamaxı”da keçirib. Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, […]
“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da
“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 33 yaşlı futbolçu 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş” klublarında da forma geyinib. Qeyd […]
“Araz-Naxçıvan” Premyer Liqanın 2026/2027 mövsümündə rəqiblərini Qəbələdə qəbul edəcək
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdi.
“Araz-Naxçıvan” heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib
Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. 29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında […]
“Araz-Naxçıvan” burundili Abdallah Sudi ilə müqavilə imzalayıb
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir. O, müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Al-Faisaly”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını […]
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib. Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.
Cavid Hüseynovun “Araz-Naxçıvan”da köməkçiləri bəlli oldu
“Araz-Naxçıvan” klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisə məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.
“Araz-Naxçıvan” legioneri ilə müqaviləni yenilədi
“Araz-Naxçıvan” son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan […]
