1 min read

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. Qeyd edilib ki, sözügedən reyslərə biletləri […]

2 mins read

Bağçalara uşaqların elektron qəbulu başlanılır

7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentli məlumat yayıb. Bildirilib […]

1 min read

Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bakıda iki yol sahəsində aparılan təmir işləri ilə əlaqədar 10 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrdən təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Belə ki, Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif prospektinədək) aparılan təmir işləri səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli avtobusların hərəkəti […]

1 min read

Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi

“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.

4 mins read

Yayda hansı bölgələrə getməli?

Azərbaycanda yay mövsümü gəldikdə, şəhərin qızmar istisindən qaçıb təbiətin qoynunda dincəlmək istəyənlər üçün ölkənin turizm rayonları mükəmməl imkanlar təklif edir. Ölkəmizin rəngarəng iqlimi və zəngin relyefi sayəsində hər bir səyyah öz zövqünə uyğun bir məkan tapa bilir. Canlixeber.com-un xəbərinə görə, yay aylarında ən çox üstünlük verilən istiqamətlərdən biri, füsunkar təbiəti və sərin havası ilə seçilən […]

1 min read

Bakıda ağır qəza: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vasif Əli oğlu Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçməyə çalışan Samir Əliməmməd oğlu Rzayevi vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Paytaxtın dörd rayonunda su olmayacaq

Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.

2 mins read

Blogger “Arzum” həbs edildi

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəməsi keçirilib. Canlixeber.com xəbər verir ki, Xəzər Rayon Məhkəməsində prosesin ilkin mərhələsində İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev müdafiə çıxışı zamanı vəsatətlə çıxış edərək mövcud cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və yenidən hadisə yerinə baxış keçirilməsini […]

1 min read

Azərbaycanın basketbol millisi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Canlixeber.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə […]

1 min read

FHN: Ötən sutka ərzində bağlı qapı arxasında qalmış 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti […]