Azərbaycan Dəmir Yolları
ADY: Sabahdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq
“Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə xidmət sahəsində bir sıra yeniliklər həyata keçirir. Canlixeber.com xəbər verir ki, 15 sentyabr tarixindən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin […]
Vüsal Aslanovdan yüksək vəzifəyə TƏYİNAT
“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-nin Maliyyə departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək baş mühasibin müavini vəzifəsində çalışıb. R.Əliyev 2019-cu ildən “Bakı Metropoliteni”nin komandasında işləyir.
Zabratda güclü külək avtomobil körpüsünün məhəccərlərini dəmir yolunun üstünə salıb
Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, buna səbəb “Zabrat-2” stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub. ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona […]
Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir. Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət […]
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
Artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından […]
Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK
Avqustun 25-dən Xırdalan-Biləcəri mənzilində aparılacaq təmir işləri ilə əlaqədar Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a çatdırılacaq. Qeyd olunub ki, avqustun 25-dən etibarən […]
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
Artan sərnişin tələbatının qarşılanması üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin […]
Bakı-Qəbələ-Bakı qatarlarının qrafikində dəyişiklik ediləcək
Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenə işləyəcək
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb. Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə […]
