Basketbol
“Naxçıvan” basketbol klubu Yavər Abbasovla müqaviləni yeniləyib
“Naxçıvan” klubu gənc basketbolçusu Yavər Abbasovla müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Boyu 186 sm olan 19 yaşlı oyunçu daha bir il komandanın şərəfini qoruyacaq.
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb. Yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə “Viktor Sanikidze Academy Basketball” (94:43), “Bakırköy […]
“Turan” İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, “Fənərbağça” ilə yoxlama oyunu keçirəcək
Qadınlardan ibarət “Turan” voleybol komandası İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışında olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib. Hazırlıq prosesləri 12 sentyabr – 2 oktyabr aralığında baş tutacaq. Ölkə çempionu bu gün artıq İtaliyanın Rumini şəhərinə yola düşür. “Turan” İtaliyanın “Talmassons”, “Omag Consolini”, “Meqavolley”, Almaniyanın “VfB Suhl LOTTO Thüringen” kollektivləri ilə üz-üzə […]
“Neftçi” ABŞ-dən olan basketbolçu Cerod Robinsonu heyətinə qatıb
“Neftçi” basketbol komandası heyətinə yeni oyunçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. “Ağ-qaralar” ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu cari mövsümün sonunadək “Neftçi”nin formasını geyinəcək. Xatırladaq ki, Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan “Shepherd University Rams” komandasının heyətində çıxış edib.
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsi başlayır
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının “Sea Breeze”də keçiriləcək mərhələsi bu gün start götürəcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, “Arrasate Ointxe” (İspaniya) kollektivləri yarışda mübarizə aparacaq. Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə […]
“Gəncə” Tariyel Yusifzadəni yenidən heyətinə qatıb
“Gəncə” heyətinə daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, T.Yusifzadə 2023/2024 mövsümündə də “Gəncə”nin formasını geyinib. Basketbolçu son olaraq “Ordu”da çıxış edib.
“Neftçi” amerikalı basketbolçu Robert Hovardı heyətinə cəlb edib
“Neftçi” basketbol klubu heyətini amerikalı Robert Hovardla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb. 29 yaşlı və 203 sm boya malik təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika çempionatlarında çıxış edib. Robert Hovardın son klubu Slovakiya təmsilçisi “Slovan” (Bratislava) olub.
“Gəncə” 3 basketbolçusu ilə yollarını ayırıb
“Gəncə” basketbol klubu üç oyunçusu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə komandadan bildirilib. Müqavilə müddəti başa çatan Cəbrayıl Əkbərov, Ulaş Turğut və Nazar Quliyevlə əməkdaşlığa son qoyulub.
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatında oyunları yekunlaşdırıb
Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb. Canlixeber.com xəbər verir ki, milli çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millinin üzvü Polina Şukina seçilib. Qeyd edək ki, Avropa çempionatı B […]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb. Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 74:71. Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək. Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), […]
