1 min read

Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb

Yasamalda ölümlə nəticələnən yol qəzası olub. Canlixeber.com xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Bakının iki rayonunda işıq olmayacaq

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində transformator məntəqəsində təmir işlərinin aparılmasıdır. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, […]

1 min read

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı saxlanılan, […]

1 min read

Paytaxtın dörd rayonunda su olmayacaq

Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.

1 min read

Bakıda 8 yaşlı qız 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü M.Mərdiyeva yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb. O, təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin […]

1 min read

Bəzi ərazilərdə elektrik təchizatı dayandırılacaq

Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik təchizatında fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. “İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin […]

1 min read

Yasamalda küçədə bıçaqlanan şəxs həyatını itirdi

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda, “Nizami” metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub.

1 min read

Yasamal rayonunun bəzi ərazilərinin elektrik təchizatında fasilə yaranacaq

Sabah Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli […]