Sumqayıt FK
“Sumqayıt” yeni transferini açıqladı
“Sumqayıt” klubu son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib. Canlixeber.com xəbər verir ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb. 25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində […]
“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” […]
“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” görüşü Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib. Qeyd edək ki, Premyer Liqanın […]
“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib
“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Sumqayıt təmsilçisi 26 yaşlı barziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur. O karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib. Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən “Ferroviario”da forma geyinib.
“Sumqayıt” ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan “Sumqayıt” iyulun 19-da ilk yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda “Qəbələ” ilə qarşılaşacaq. Görüşə “SOCAR Polymer Arena”da, saat 18:00-da start veriləcək.
“Sumqayıt” braziliyalı qolkiperlə gücləndi
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub portuqaliyalı qapıçı Jeymes Almeydanın transferini açıqlayıb. 25 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “1” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında forma geyinib.
Emil Mustafayev daha 2 il “Sumqayıt”da
2026-2027 mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” FK futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polissya” klubu ilə transfer anlaşması əldə edib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. 24 yaşlı futbolçu növbəti iki mövsüm ərzində “Sumqayıt”ın şərəfini qoruyacaq. Qeyd edək ki, Emil Mustafayev ötən mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 1 qol […]
Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi
“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.
“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt”da baş məşqçi ayrılığı yaşanıb. Canlixeber.com xəbər verir ki, klub Saşa İliçlə vidalaşıb. “Gənclik şəhər” təmsilçisi serbiyalı mütəxəssislə başa çatan müqaviləni yeniləməyib. “Kimyaçılar” İliçə gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.
