Azərbaycan Milli Yığması
Renat Dadaşov klubsuz qaldı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb. Canlixeber.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: “Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”. Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın […]
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq. Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə […]
Qadağa aradan qaldırıldı: Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Azərbaycan millisinin üzvü Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubuna qoşulmaq üçün Bakıdan ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu özü məlumat verib. Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb. Z. Əliyev ötən gecə saat 04:45-də Bakıdan İstanbula uçub. Hazırda Türkiyədə olan müdafiəçi bu […]
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşacaq. Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək. Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.
Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (“EuroBasket 2029”) ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq. Cənlixeber.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edəcək. Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq. Xatırladaq ki, Azərbaycan millisi A qrupunda 7 xalla […]
Azərbaycanın basketbol millisi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Canlixeber.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə […]
Azərbaycan millisinin futbolçusu karyerasını Kosovoda davam etdirəcək
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 29 yaşlı hücumçu Kosovo təmsilçisi “Malişeva” klubu ilə müqavilə imzalayıb.Tərəflər arasında anlaşmanın müddəti açıqlanmayıb. Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyinib. O, 2025-ci ilin yayında Türkiyənin “Boluspor” klubundan azad agent kimi “Partizani”yə keçmişdi.
Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda Portuqaliya ilə qarşılaşacaq. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq. Qeyd edək ki, milli Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:229, 16:25) hesabı ilə məğlub olub.
Azərbaycanın 3×3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır
Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3×3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar. Canlixeber.com xəbər verir ki, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək. Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək. Qeyd […]
Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma 20:00-da start götürəcək. Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.
