Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi
1 min read

Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi

“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub

Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb.

Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.