Xəbər lenti
Sonuncu xəbərlər
Bakıda marketdən 5 min manatlıq oğurluq edilib
Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb. Canlixeber.com xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib. Araşdırmalar davam etdirilir.
Yay mövsümündə balıq istehlak edərkən nələrə diqqət etməliyik?
Yay mövsümündə havaların isti keçməsi qida məhsullarının, xüsusilə də balığın saxlanma şəraitinə daha ciddi nəzarət edilməsini zəruri edir. Mütəxəssislər bildirirlər ki, düzgün saxlanılmayan və ya təzəliyini itirmiş balıq məhsulları qida zəhərlənmələrinin əsas səbəblərindən biri ola bilər. Belə halların qarşısının alınması üçün həm satış məntəqələrinin gigiyenik tələblərə əməl etməsi, həm də istehlakçıların məhsul seçərkən diqqətli davranması […]
“Sabah” “Qarabağ”dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
“Sabah” heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.
Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.. Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən […]
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb. Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla […]
İkinci kurs tələbəsi vəfat etdi
Sumqayıtda tələbə vəfat edib. Canlixeber.com xəbər verir ki, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin II kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Qusarda yük maşını aşıb, ölən var
Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb. Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb. Avtomobildə daşınan badımcanlar […]
Paytaxtda 40 yaşlı kişi küçədə öldü
Bakıda 40 yaşlı kişi küçədə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 6-sı saat 20 radələrində paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Toğrul Azər oğlu Məmmədov küçədə infarkt keçirib. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin və Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Kəpəz” Luis Paçu ilə vidalaşıb
“Kəpəz” futbolçu Luis Paçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, Luis Paçu ötən mövsüm “Kəpəz”də 29 oyun keçirib və 5 qola imza atıb.
