Culfa
Bu gün Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılacaq. Canlixeber.com xəbər verir ki, təchizatın dayandırılması qaz ixrac idarəs tərəfindən aparılacaq təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar iyulun 14-də işlər başa çatanadək Culfa və Ordubad rayonlarının, eləcə də Babək rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb. Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla […]
