Xəbər lenti
Sonuncu xəbərlər
Gəncədə məktəblinin meyiti tapıldı
Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd imtahan verəcəklər
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 21-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Canlı xəbər.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. […]
İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi
İsmayıllıda orta məktəb şagirdi özündən 7 yaş böyük həmkəndlisini döydüyü üçün həbs edilib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində baş verib. Kənd sakini, 2009-cu il təvəllüdlü Sovqat Məmmədov (soyad şərtidir) orta məktəbdə həmkəndlisi olan qızla eyni partada oturub. Qızı sevən kənd sakini, 2002-ci il təvəllüdlü Camal Ağayev (soyad şərtidir) isə qısqandığı üçün Sovqata xəbər […]
Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı
Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini – 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb. Ona Zaqatala Rayon Mərkəzi […]
“Azərbaycanda 200 tələbə vəfat edib” məsələsinə RƏSMİ REAKSİYA
Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində yer almış 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. Qeyd edilib ki, “NoComment” […]
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib. Canlixeber.com Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar. O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş […]
Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar Biləcəri dəmir yolu stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq […]
“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib. Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, […]
