Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlər
1 min read

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlər

Azərbaycanda son beş ildə psixi pozuntular və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayında artım qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, son beş ildə psixi pozuntular və davranış pozuntuları ilə bağlı 2010-cu ildə 11 201, 2015-ci ildə 7 764, 2020-ci ildə 12 334, 2024-cü ildə 24 228, 2025-ci ildə isə 18 602 nəfərə diaqnoz qoyulub.

Statistikaya əsasən, psixi pozuntular və davranış pozuntuları ilə bağlı ölüm halları 2010-cu ildə 35 nəfər təşkil edib. Sonrakı illərdə isə bu səbəbdən ölüm faktı qeydə alınmayıb.