1 min read

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər […]

1 min read

İsmayıllıda ölümlə nəticələnən qəza olub

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayev idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə […]

1 min read

İsmayıllıda gənc oğlan küçədə bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bakı şəhər sakini – 1997-ci il təvəllüdlü İmam Bağırov rayonun mərkəzi küçələrindən birində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və əməliyyat edilib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər […]

1 min read

İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb. Belə ki, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların […]

1 min read

İsmayıllıda bacı-qardaş boğularaq ölüb

İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb. Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub. Hadisədən sonra uşaqların meyitləri quyudan […]

1 min read

İsmayıllıda toyda 20-dən çox şəxs ZƏHƏRLƏNDİ

İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən […]

1 min read

İsmayıllıda AĞIR QƏZA: Ölənlər var

İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

1 min read

İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.