1 min read

Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, qəza saat 22 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

1 min read

Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib

Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib. Canlixeber.com xəbər verir ki, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub. Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.

1 min read

Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı

Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini – 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb. Ona Zaqatala Rayon Mərkəzi […]

1 min read

Qaxın səkkiz, Zaqatalanın bir kəndi qazsız qalacaq

Sabah saat 10:00-dan etibarən Qax şəhəri və Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.con xəbər verir ki, bu barədə Zaqatal Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır. Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Zaqatala rayonu Danaçı kəndinin […]