Dövlət İmtahan Mərkəzi
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edildi
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, boş qalan 181 plan yeri üzrə 19 namizəd […]
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də […]
DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, “YAŞAT” Fondu ilə iş […]
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr 18:00-dən davam aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin nəticəsi açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya […]
Xaricdə ali təhsil alanların NƏZƏRİNƏ – İmtahanın vaxtı AÇIQLANDI
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq […]
Ali məktəbə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı var?
2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb. Canlixeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var. Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı […]
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 81 mindən çox şəxs ərizəsini təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 19 avqust saat 09:45-ə olan məlumata əsasən, 81255 […]
İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçiminin təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 18 avqust saat 09:45-ə olan məlumata əsasən, 70428 abituriyent (subbakalavr) […]
