1 min read

Qobustanda ağır qəza: Ölən var

Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.

1 min read

Bakıda evdə PARTLAYIŞ: Ölən və xəsarət alanlar var

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla […]

1 min read

Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]

1 min read

Paytaxtda 60 yaşlı qadın ərini baltalayıb

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Belə ki, 2-ci Yeni Yasamal 16 mənzil 38 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Hacıyev Elşən Nəriman oğlu həyat yoldaşı ilə mübahisə edib. Daha sonra onu döyüb. Qadın balta ilə ərinə hücum edərək onun üz, hər […]

1 min read

Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı

Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini – 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb. Ona Zaqatala Rayon Mərkəzi […]

1 min read

Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi […]

1 min read

Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı

Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.