1 min read

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı

Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb. Canlixeber.com xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib. T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib. Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.

1 min read

Bakıda Şara Bulletə uduzan döyüşçü UFC-dən getdi

Braziliyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Mişel Pereyra UFC ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə “MMA Fighting” nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb. Bildirilib ki, əvvəlki müqaviləsi başa çatdıqdan sonra Pereyra UFC ilə cəmi bir döyüş üçün yeni anlaşma imzalamışdı. Həmin görüşdə o, Bakıda keçirilən turnirdə rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin […]

1 min read

5 illik fasilədən sonra UFC-yə qayıdan Makqreqor ilk raundda məğlub oldu

Bu gün məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor 5 illik fasilədən sonra UFC- yə qayıdıb. Canlixeber.com xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən UFC 329 turnirində yarımorta çəkidə amerikalı Maks Hollovey ilə qarşılaşıb. Makqreqor döyüşün əvvəlində ayağından zədə alıb. Hollovey ilk raundda texniki nokautla qalib gəlib

1 min read

Bu gün Bakıda UFC turniri keçiriləcək

Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri bu gün keçiriləcək. Canlixeber.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da başlayacaq. “UFC Fight Night Baku”da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov […]

2 mins read

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib. Canlixeber.com Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar. O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş […]