Xəbər lenti
Sonuncu xəbərlər
Azərbaycanda ən sərfəli avtomobillərin siyahısı açıqlandı
Azərbaycanda həm yanacaq sərfiyyatı, həm də ehtiyat hissələrinin qiyməti və tapılması baxımından ən sərfəli avtomobilləri seçərkən yerli bazarın reallıqlarını nəzərə almaq lazımdır. Canlixeber.com xəbər verir ki, bazarda bir avtomobilin “sərfəli” sayılması üçün onun detallarının həm mağazalarda asan tapılması, həm də usta pulunun (servis xidmətinin) ucuz olması əsas şərtdir. Bu meyarlara əsasən, ölkədə ən çox üstünlük […]
Evdən qadın meyiti tapıldı
Şəmkirdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyti yaşadığı evdən aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölüm səbəbləri məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib. Canlixeber.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur. Hesabat dövründə Azərbaycanda 2 milyard 255,8 […]
Cari ilin ilk 5 ayında boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı məlum oldu
Bu ilin ilk 5 ayı ərzində 350 nəfər əvvəllər boşandığı şəxslə yenidən nikaha daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildiriilib ki, ötən ilin müvafiq dövründə isə bu göstərici 467 nəfər təşkil edib. Qeyd edilib ki, nikahların pozulması daha çox xasiyyətlərin tutmaması, uşağın olmaması, ailədaxili zorakılıq, xəyanət, maddi durum və […]
Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi “Minsk D D4” motosikleti ilə Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il […]
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. “Narkotiklərlə əlaqəli 25, qanunsuz […]
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı – Zaqataladakı qətlin TƏFƏRRÜATI
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. […]
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq […]
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra […]
Hidayət Heydərov “Böyük Dəbilqə”dən kənarda qaldı
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyib. Canlixeber.com xəbər verir ki, olimpiya çempionumuzun1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmamasına səbəb çəkisini sala bilməməsi olub. Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə […]
