1 min read

Cəlilabadda avtomobil tamamilə yanıb

Cəlilabad rayonunda minik avtomobili yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan “VAZ 2105” markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma […]

1 min read

Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium […]

1 min read

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, əməkdaş həyatını itirib

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib. Canlixeber.com xəbər verir ki, SOCAR AQŞ-dən hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı bildirilib. Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.

1 min read

Yaponiya sakini yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb. Canlixeber.com xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb. Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona “burada gözlə” deyərək yoluna davam edib. Uşağı aşkarlayan dağ daxmasının […]

1 min read

Braziliyada kişi alimentə görə oğlunu öldürmək istədi

Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. Canlixeber.com xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bota planlaşdırdığı hərəkətləri ətraflı təsvir edib və onların həyata keçirilməsi ilə bağlı məsləhətlər almağa çalışıb. Sistem təhlükəli məzmunlu […]

3 mins read

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Bu gün ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır. Canlixeber.com xəbər verir ki, 1993-cü il avqustun 23-ü ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılıb. Bununla da hər il avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Ulu […]

1 min read

Yola qəfil çıxan iribuynuzlu heyvan qəzaya səbəb oldu

Göyçayda yola qəfil çıxan heyvan qəzaya səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan 99-VE-245 Dövlət Qeydiyyat Nişanlı “Opel” markalı avtomobil yolun hərəkət hissəsinə çıxan iribuynuzlu inəyə çırpılıb. Nəticədə yola qəfil çıxan heyvan tələf olub […]

1 min read

Bakıda qadın qonşusu tərəfindən bıçaqlanıb

Xətai rayonunda qonşular arasında dava zamanı bir nəfər xəstəxanalıq olub. Canlixeber.com xəbər verir ki, hadisə İbrahim Əbilov küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən fərdi yaşayış evinin sahibi 1983-cü il təvəllüdlü Cəlilova Nuriyyə Bəxtiyar qızı qonşusu ilə mübahisə edib. Bu mübahisə davaya çevrilib. Nəticədə qadın bıçaqlanıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt Xətai Rayon […]

1 min read

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar. Canlixeber.com xəbər verir ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb. Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub. Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla […]