Qazax
Qazaxda avtomobil su arxına düşdü
Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb. Canlixeber.com hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
Qazaxda kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji […]
Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Qazaxda ata və qızı göldə batıb
Qazaxda iki nəfər göldə batıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qazaxın Çaylı kəndində kişi meyiti aşlarlanıb
Qazax rayonunda 1966-cı il təvəllüdlü Elçin Məmmədovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 60 yaşlı kişinin cansız bədəni Çaylı kəndində açıq sahədə həmkəndililəri tərəfindən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırça başlanılıb.
