Cəlilabad
Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı
Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ev içərisindəki əşyalar və […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
İyunun 8-də iki rayonda elektrik enerjisi ilə bağlı məhdudiyyətlər yaşanacaq. Canlixeber.com xəbər verir ki, təmir işləri səbəbindən yaranacaq fasilələrin qrafiki aşağıdakı kimidir: Biləsuvar rayonu: Saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd, Səmədabad və Amankənd kəndlərində işıq olmayacaq. Cəlilabad rayonu: Saat 13:00-dan 15:00-dək Günəşli, Sabirabad və Alar kəndlərinə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək. Təmir-bərpa işləri başa çatdıqdan […]
Cəlilabadda ev təmamilə yanıb
Cəlilabad rayonunda ev yanıb. Canlixebər.com xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 45 yaşlı Eldəniz Bağırova məxsus 100 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanıb. Hadisə nəticəsində xəsarət […]
Cəlilabadda minik avtomobili “ZiL”ə çırpılıb: XƏSARƏT ALANLAR VAR
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, vu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev qeyd edib. O bildirib ki, hadisə bu gün saat 13:30-da köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində qeydə alınıb. “Pərviz Tələt oğlu Mirzəzadənin idarə etdiyi “ZiL Qaz 53” markalı 15-BN-418 dövlət nömrə nişanlı avtomobillə Fərid Rüstəm […]
Dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanıldı
Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı – 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
Cəlilabad sakini suda boğulub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda canavarlar təsərrüfata hücum edib, 40-ya yaxın heyvan tələf olub
Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur. Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə […]
Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı
Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.
