Azyaşlı
Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: Polis hərəkətə keçdi
Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb. Canlixeber.com xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib. Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını xahiş edir. “Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə […]
Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq skuterdən yıxıldığını deyib
Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb. Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların […]
Yaponiya sakini yeddi yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu
Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb. Canlixeber.com xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb. Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona “burada gözlə” deyərək yoluna davam edib. Uşağı aşkarlayan dağ daxmasının […]
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı
Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
