Xəbər lenti
Sonuncu xəbərlər
Sabirabadda qəzada 68 yaşlı motosiklet sürücüsü ölüb
Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində ağır xəsarət alan Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Tərtərdə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Tərtərin Bayandurlu kəndi ərazisində “Hyundai” markalı avtomobilin yolu keçən piyadanı vurması nəticəsində 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlu ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı avtomobili Xoruzlu kənd sakini Tural Nəbiyev idarə edib. Sürücü yaralanan piyadanı xəstəxanaya aparmağa çalışsa da, Qəribxan Əliyev yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb
Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İsmayıllıda bacı-qardaş boğularaq ölüb
İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb. Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub. Hadisədən sonra uşaqların meyitləri quyudan […]
Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə […]
Göyçayda QƏZA: Xəsarət alanlar var
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 23-də mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% […]
Misli Premyer Liqası: Bu gün “Turan Tovuz” və “Neftçi” meydana çıxır
Misli Premyer Liqasında II turun oyunları davam edir. Canlixeber.com xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:45-də start götürəcək. 23 avqust […]
Ölkəmizdə donuzların yarıdan çoxu bu iqtisadi rayonda SAXLANILIR
Azərbaycanda 2026-cı ildə donuzların sayı 3298 baş təşkil edib. Canlixeber.com xəbər verir ki, 2025-ci ildə ölkədə 3377 baş donuz olub. Cari ilin göstəricisi əvvəlki ilin 97,7 faizinə bərabərdir. Donuzların böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunda saxlanılır. Bu iqtisadi rayonda 2401 baş donuz qeydə alınıb. Onların 1681 başı Qax, 625 başı Qəbələ, 95 başı isə Oğuz rayonunun […]
