1 min read

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli […]

1 min read

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət işi […]

1 min read

Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü

Göyçay rayonunda üçaylıq körpə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı

Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Azər Mürsəlov saxlanılıb. Ondan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Mürsəlov barəsində həbs qətimkan tədbiri […]

1 min read

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Şərur rayon sakini 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayevi qonaq olduğu Şahsoltanlı kəndində Laçın Məzlum oğlu Kərimovun evində elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.

1 min read

Yola qəfil çıxan iribuynuzlu heyvan qəzaya səbəb oldu

Göyçayda yola qəfil çıxan heyvan qəzaya səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan 99-VE-245 Dövlət Qeydiyyat Nişanlı “Opel” markalı avtomobil yolun hərəkət hissəsinə çıxan iribuynuzlu inəyə çırpılıb. Nəticədə yola qəfil çıxan heyvan tələf olub […]

1 min read

Göyçayda QƏZA: Xəsarət alanlar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi […]

1 min read

Göyçayda iki maşın toqquşub üçüncüsünə çırpıldı: Xəsarət alanlar var

Göyçay şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 11 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, 31 yaşlı Mansur Babazadənin idarə etdiyi VAZ-2107 markalı, 10-OP-706 dövlət nömrə nişanlı avtomobillə 34 yaşlı Tural İbrahimovun idarə etdiyi VAZ-2105 markalı, 23-BB-244 dövlət nömrə nişanlı avtomobil toqquşub. Toqquşan avtomobillər daha […]

1 min read

Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi

Göyçayda narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs […]

1 min read

Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]