1 min read

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

“Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər […]

1 min read

Bakıda mənzilini yandıran şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb. Canlixeber.com xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib. Qeyd edək ki, hadisə dünən axşam saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı […]

1 min read

Məhkəmə Rüfət Səfərov barədə qərar verib

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin […]

1 min read

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Şərur rayon sakini 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayevi qonaq olduğu Şahsoltanlı kəndində Laçın Məzlum oğlu Kərimovun evində elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.

1 min read

Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb. A.Azizova polis əməkdaşları […]

1 min read

Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb. Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu […]

1 min read

Qaradağda FACİƏ: Hasardan yıxıldı, sonu oldu

Bakının Qaradağ rayonunda hasardan yıxılan 45 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 22-də saat 15 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində iş görərkən oradan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

İmişlidə toy yasa qarışdı – 21 yaşlı oğlan ŞADLIQ EVİNDƏ ÖLDÜ

İmişli rayonunda şadlıq evində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Rayonun Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı toyda olarkən ürək çatışmazlığından qəfil ölüb. Faktla bağlı araşdırmalar aparılır.