1 min read

Qaradağda FACİƏ: Hasardan yıxıldı, sonu oldu

Bakının Qaradağ rayonunda hasardan yıxılan 45 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 22-də saat 15 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində iş görərkən oradan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırmalar aparılır.